четверг, 29 сентября 2016 г.

https://www.youtube.com/watch?v=tdlYNEOq-Xg




Multimediyalı təqdimatla tədrisin təşkili şagirdlərin öyrənmək, yenilikləri dərk etmək, həyatın sirrlərini açmaq istəklərini daha da reallaşdırır. Hər bir hazırlanmış təqdimat biliklərlə zənginləşdirilmiş və daha maraqlı olur. Bu tip təqdimatlar müxtəlif yaş həddində olan öyrəncilər üçün daha təkmil və həd­siz imkanlara malik olmasına görə faydalıdır. Tədris prosesinin multime­di­ya­lı təqdimatlarla aparılması təlimin fərdiləşdirilməsinin xüsusiyyətlən­dir­mə­­sini şərtləndirir. Digər tərəfdən İnformatika elminin fasiləsiz inkişafı, İKT təhsilin mahiyyətini elmi prinsipcə dəyişdirilməsini tələb edir. Bu problem isə çox asan və tez bir za­manda elektron resursları və müasir telekommuni­kasi­ya­lar vasitəsilə həll etmək mümkündür.  informasiya texnologiyalarından bu gün nəinki məktəbin idarəolunmasında, həm də sinif­dən­xaric və məktəb­dən­kənar tədbirlərin həyata keçirilməsində də geniş istifadə olunur. Bu günə qədər pedaqoqlar fərdi kompyuter kimi güclü təlim vasitəsinə tarixən heç vaxt malik olmamışlar. Təlimdə elə texniki vastə yoxdur ki, didaktik imkanlarına görə müqayisə edilə bilsin.

İnformasiyaların sürətli artımı şəraitində təhsilin məzmunu və təşkilinə verilən tələblər də dəyişir. Bu günün təhsili şagirdlərə daha çox informasiya yadda saxlamaq yox, tənqidi və məhsuldar düşünməyi öyrənməyi, problem xarakterli məsələləri sərbəst həll etməyi öyrətməlidir. Bu baxımdan tədris prosesində şagirdlərin idrak fəallığının yüksəldilməsi problemlərinin elmi metodik tədqiqi bu gün daha aktualdır. Bi Riyaziyyat İnformatika fənninin spesifik xüsusiyyətləri tədris prosesində həm informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqini, həm də təlimdə idrak fəaliyyətini artıran metod və vasitələrdən sistematik istifadəni diqqətdə saxlamağı tələb edir. Multimediya kursların tədris prosesində tətbiqi müvafiq pedaqoji texnologiyanın hazırlanmasını tələb edir. Multimediya kurs mühüm didaktik vasitə olaraq özündə üç mühüm komponenti birləşdirir: tədris materialının məzmunu, onun şərh metodu və təlim texnologiyası. Bu komponentlər bir-biri ilə sıx əlaqədə olub, öyrədici sistem əmələ gətirir, şəxsiyyətin özünütəhsil prosesini reallaşdırmağa hərtərəfli imkan yaradır.



2 комментария: